Konfrans Liqası: Böyük hesabla qələbə qazanan “Sabah” növbəti mərhələyə keçib

UEFA
Konfrans Liqasının II təsnifat mərhələsində “Petrok”a (Moldova) qalib gələn
“Sabah” növbəti raunda adlayıb.
Crossmedia.az
xəbər verir ki, Bank Respublika arenada baş tutan matç Bakı təmsilçisinin 4:1
hesablı qələbəsi ilə bitib.
“Bayquşlar”ın
heyətində Coy Lens Mikels (21,28, 44) het-trik edib. Digər qolu isə Pavol
Şafranko (45+2) qonaqların qapısından keçirib. Moldova kollektivinin qolu 42-ci
dəqiqəyə təsadüf edib. Ev sahiblərinin heyətində Steve Solvet (42) avtoqol müəllifi
olub.
Qeyd
edək ki, səfərdə baş tutan ilk oyunda bakılılar 2:0 hesablı qələbəyə
sevinmişdi.
Beləliklə,
iki görüşün nəticəsinə əsasən “Petrokub”u mübarizədən kənarlaşdıran “Sabah”
adını III təsnifat mərhələsinə yazdırıb. Valdas Dambrauskasın rəhbərlik etdiyi
kollektiv pley-off mərhələsinə gedən yolda UEFA Avropa Liqasının II təsnifat mərhələsində
baş tutacaq “Levski” (Bolqarıstan) - “Braqa” (Portuqaliya) matçının məğlubu ilə
qarşılaşacaq.
22:03 31.07.2025
Oxunuş sayı: 1423