Azərbaycanın tanınmış gənc aliminə vəzifə verilib

Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf
Agentliyində təyinat baş verib.
Crossmedia.az
xəbər verir ki, İqtisad elmləri üzrə fəlsəfə doktoru Süleymanlı Cavid Elxan
oğlu Agentliyin İqtisadi təhlil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
C.
Süleymanlı bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)
Menecment ixtisası üzrə, Magistratura təhsilini Türkiyənin Mərmərə
Universitetində Beynəlxalq siyasi iqtisadiyyat üzrə, doktorantura təhsilini isə
"2019-2023-cü illərdə Azərbaycanda ali təhsilin beynəlxalq rəqabətliliyini
artırmaq üzrə Dövlət Proqramı" çərçivəsində Türkiyənin İstanbul
Universitetində almışdır və sözügedən Dövlət Proqramının ilk məzunu olmaqla 26
yaşında ölkənin ən gənc alimlərindən olmuşdur. Gənc alimin yüksək impakt
faktorlu jurnallar olmaqla bir çox akademik məqaləsi mövcuddur. Elm sahəsində fəaliyyətinə görə 2023-cü ildə
"İlin Gənci 2023" mükafatına layiq görülmüşdür.
C.Süleymanlı
əmək fəaliyyətinə 2019-cu ildə UNEC-də müəllim olaraq başlamış, 2022-2024-cü
illər arasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidmətində məsləhətçi, baş məsləhətçi və sektor müdiri vəzifələrində
çalışmışdır.
2024-cü
ilin iyun ayından etibarən isə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində baş
mütəxəssis vəzifəsində çalışırdı.
Kənan
Novruzov
20:10 31.07.2025
Oxunuş sayı: 2509