Azərbaycanın güllə atıcısı Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycanın
güllə atıcısı Ruslan Lunyov Avropa çempionatında 25 metr məsafəyə mərkəzi hədəfə
atəş yarışında gümüş medal qazanıb.
Crossmedia.az
xəbər verir ki, yarışın 6 raundu üzrə Lunyov ümumilikdə 583 xal və 26 daxili
onluq (hədəfin mərkəzinə ən yaxın dəqiq atışlar) toplayıb.
Bu nəticə
ilə o, yalnız Ukrayna təmsilçisi Pavlo Korostylovdan geri qalıb. Hər iki
idmançı eyni xal toplasa da, sonuncu seriyada göstərilən üstünlük qızıl medalın
taleyini müəyyənləşdirib.
19:21 31.07.2025
Oxunuş sayı: 1250