"Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb

2025/26
mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" klubu daha
bir futbolçunun keçidini reallaşdırıb.
Crossmedia.az
klubun rəsmi saytına istinadən xəbər verir ki, beninli Abdul Raşid Mumini ilə 3
illik sözləşmə imzalanıb.
20
yaşlı müdafiəçi yeni komandasında "25" nömrəli formada çıxış edəcək.
Qeyd
edək ki, "Sumqayıt" heyətini buna qədər Pedro Pinto, Aleksa Yankoviç,
Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhaci, Rüstəm Əhmədzadə və Nikola
Ninkoviçlə gücləndirib.
18:37 31.07.2025
Oxunuş sayı: 1201