Bu ilin altı ayı ərzində özlərinin törətdiyi kobud qayda pozuntuları nəticəsində 12 moped və motosiklet sürücüsü ölüb

Bu ilin 6 ayı ərzində özlərinin törətdiyi kobud qayda pozuntuları nəticəsində 12 moped və motosiklet sürücüsü ölüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat verib.
Bildirilib ki, yollarda aparılan müşahidələr zamanı bəzi moped və motosiklet sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaratdığı qeydə alınıb.
10:50 31.07.2025
Oxunuş sayı: 1057