Pirşağı-Xırdalan-Novxanı yolunda yeni yerüstü piyada keçidi inşa olunur

Dövlət başçısının tapşırığına uyğun olaraq,
vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin
etmək məqsədilə daha bir yerüstü piyada keçidi inşa edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, yeni yerüstü piyada keçidi
Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsi çərçivəsində sözügedən
yolun 19,5-ci km-də tikilir.
İki giriş-çıxışdan ibarət olan keçid ümumi
uzunluğu 59,8 metr, aşırım hissəsinin eni 4, pilləkənlərin eni 2 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5,5 metr olan
keçid üstüaçıq dəmir-beton konstruksiyalıdır. Keçiddə 2 metr enində oval tipli
piyada pandusları da quraşdırılacaq. Layihə çərçivəsində piyada keçidinin sol və
sağ dayaqlarının təməlləri tam şəkildə tikilib, hazırda keçidin sağ
dayaqlarının sütunlarının tikintisi işləri aparılır.
Yeni yerüstü piyada keçidi inşa edilən ərazidə
piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
13:41 30.07.2025
Oxunuş sayı: 1048