Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində qlobal iqlim dəyişikliyinim fəsadları müzakirə edilib

“Sağlam
həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi
“COP-29-un Qlobal Mirasının təhlili” layihəsinin icrası davam edir. Layihə çərçivəsində
iyulun 29-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai Ekoloji
İnformasiya Mərkəzində növbəti dəyirmi
masası keçirilib. Tədbirdə ETSN-nin, Səhiyyə, Elm və Təhsil, Kənd Təsərrüfatı
nazirliklərinin, “Təmiz şəhər” ASC, SOCAR, Dövlət Statistika Komitəsinin, Neft
və Sənaye Universiteti, Azərbaycan ETN-nin Fizika, Radiasiya Problemləri
institutlarının təmsilçiləri, həmçinin QHT və media nümayəndələri iştirak ediblər.
Crossmedia.az
xəbər verir ki, “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri, layihənin
eksperti, kimya üzrə fəlsəfə doktoru Sadiq Həsənov mövzu barədə təqdimatla
çıxış edib.
S.Həsənov
bildirib ki, iqlimdə baş verən kəskin dəyişikliklər artıq hər yerdə hiss
olunmağa başlayıb.
“Bir
aydan artıqdır davam edən isti havalar artıq Kür çayına təsir edərək onun
suyunun azalmasına səbəb olur. Temperatur artımı, istiləşmə efekti verən
qazların artımının davam etməsi neftin istifadəsinin bir gündə 100 milyon barelə
çatması onu göstərir ki, atmosferdə
istixana qazlarının artımı davam edəcəkdir. BMT-nin İqlim dəyişmələri barədə Çərçivə
Konvensiyasının COP-29 Tərəflər konfransı Azərbaycanda Bakı şəhərində 2024-cü
ilin noyabr ayının 11-dən 22-nə planlaşdırılsada 24 noyabr saat 2:40-da yekunlaşmaqla
keçirilmişdir. Tərəflər konfransında iqlimdə baş verən dəyişikliklərin
azaldılması üçün inkişaf etməkdə olan ölkələrə 300 milyard (əvvəl 100 mld)
maddi yardım ayrılması COP-29-un çox böyük nəticəsidir. Tərəflər konfransında
iqlimdə baş verən temeperatur artımının Paris iqlim sazişinə görə 2oC keçməməsi
və 1,5oC həddində saxlanılması üçün tədbirlər görmək öhdəlik kimi bir çox ölkələr
tərəfindən götürülmüşdür”-deyə, o, bildirib.
S.Həsənov
qeyd edib ki, layihə çərçivəsində qlobal iqlim dəyişmələri mövzusunda kitabça nəşr
olunub və tədbir iştirakçılarına paylanılıb.
S.Həsənov
kitabçada temperatur artımı və istixana qazlarının artım dinamikası qrafiklərində
prosesin elmi izahı verilmiş və yaranan fəsadlar haqqında dünya mətbuatında,
elmi dairələrdə aparılan tədqiqat işlərinin nəticələri həmin kitabçaya daxil
edilib.
S.Həsənov
təqdimatının hər slaydında, iqlim dəyişmələrinin səbəbləri, davamlılığı və ölkələrin
gördüyü işlər barədə məlumatları tədbir iştirakçılarına təqdim edib.
Çıxış
edən coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev təmsil etdiyi qurumda
aparılan tədqiqat işlərindən, iqlim dəyişmələrinin coğrafiyasında baş verən dəyişikliklər
haqqında danışıb.
Alim
Xəzər dənizində suyun səviyyəsinin azalmasından danışıb:
“Bu,
Volqa çayında suyun azalması ilə bağlıdır. Bu da o səbəbdən baş verir ki,
Atlantik okeanından daxil olan hava lavaları gəlib Volqa çayına çatmır.
Aparılan elmi qiymətləndirmələrə görə bu proses 2052-ci ilə qədər davam edəcək
və paralel olaraq Xəzər dənizinin səviyyəsidə azalacaqdır. Biz hesab edirik ki,
2052-dən başlayaraq Atlantik lavalarının Volqa çayına çatması prosesi yenidən
başlayacaq və ümidvarıq ki, bu kütlələrin Volqa çayına çatması dəniz səviyyəsinin
artmasına səbəb olacaq”.
Coğrafiyaçı
alim iqlimdə baş verən dəyişikliklərlə bağlı bir çox maraqlı faktlar barədə
danışıb.
Layihənin
aktuallığına diqqəti çəkən ETSN-nin beynəlxalq əlaqələr şöbəsindən Orxan
Bayramov nazirlik tərəfindən görülən işlər barədə məlumat verib.
Onun
sözlərinə görə, nazirlik Azərbycam dövlətinin götürdüyü beynəlxalq öhdəliklərə
uyğun olaraq fəaliyyətini davam etdirir, yaşıllıq əraziləri salınır, qoruqlar
hazırlanır və təbiətin mühafizə tədbirlərini genişləndirirlər.
Tədbirdə
çıxış edən “Təmiz şəhər” ASC-nin ətraf mühit üzrə nümayəndəsi Elnur Əliyev
tullantıların idarə edilməsi barədə
görülən işlər və nəticələr barədə məlumat verib.
10:07 30.07.2025
Oxunuş sayı: 1211