Bəzi ərazilərdə qaz olmayacaq

Binəqədi rayonunun bəzi ərazilərində qaz kəsiləcək. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Binəqədi rayonu ərazisində aparılacaq təmir işləri ilə əlaqədar bu gün saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Binəqədi şosesinin, M.Ə.Rəsulzadə qəsəbəsinin, Biləcəri qəsəbəsində Ordubadi küçəsinin bir hissəsinin, Baksol yaşayış massivinin, eləcə də 1-ci, 2-ci və 3-cü Mədən ərazilərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Sabirabadın doqquz kəndinin qaz təchizatında da fasilə yaranacaq. Bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, diametri 315 və 160 mm olan "Ulacalı-Suqovuşan" ortatəzyiqli daşıyıcı qaz kəmərində kipliyin sınağı məqsədilə əlaqədar bu gün saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun Suqovuşan, Məmişlər, Kürkəndi, Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Qəfərli, Əsədli kəndlərində (ümumi 3882 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
07:24 30.07.2025
Oxunuş sayı: 974