Azərbaycan təmsilçisi Avropa Atıcılıq Çempionatında bürünc medal qazanıb

Fransanın
Şatoru şəhərində keçirilən Avropa Atıcılıq Çempionatında Azərbaycan millisinin
üzvü Xanna Əliyeva standart tapança ilə 25 metr məsafəyə atəş açma yarışında
bürünc medal qazanıb.
Crossmedia.az
xəbər verir ki, idmançı 560 xal və 12 daxili onluq (x) nəticə göstərərək
turniri 3-cü pillədə başa vurub.
Yarışın
ilk iki pilləsində Macarıstan təmsilçiləri qərarlaşıblar. Güclü rəqiblər
arasında gərgin rəqabət şəraitində sabit çıxış nümayiş etdirən Xanna Əliyeva bu
nəticə ilə Azərbaycanın medal sayını artıraraq ölkəmizə daha bir beynəlxalq
uğur qazandırıb.
21:32 29.07.2025
Oxunuş sayı: 1789