AYNA Gəncə şəhərinin marşrut xətləri üzrə müsabiqələrin nəticələrini açıqlayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Gəncə şəhərinin 22 avtobus marşrutu üzrə elan olunmuş müsabiqənin qaliblərini açıqlayıb
Crossmedia.az
xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Məlumata
görə, “BakuBus” MMC 1, 3, 4, 5, 6, 7, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və
20 nömrəli şəhərdaxili marşrutlarda, həmçinin G1 və G2 nömrəli şəhərətrafı
marşrutlarda qalib olub.
“Azər-Avtonəqliyyat”
ASC isə 2 və 8 nömrəli şəhərdaxili marşrutların qalibi seçilib.
Qeyd
edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq,
AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma
sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin
olunmasıdır.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”na uyğun təşkil olunur.
19:19 29.07.2025
Oxunuş sayı: 1636