Azərbaycanın dörd boksçusu Almaniyadakı turnirdə çıxış edəcək

İyulun
30-da Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında
“Brandenburq Kuboku” start götürəcək.
Crossmedia.az
xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. 4 gün
davam edəcək beynəlxalq turnirə milli komandamız 4 idmançı ilə yollanıb.
Baş məşqçi
Elbrus Rzayevlə məşqçi Yadigar Məmmədov Frankfurtda Bilalhəbaşi Nəzərov (50
kiloqram), Zidan Hümbətov (55 kiloqram), Sübhan Babayev (60 kiloqram) və Məhəmməd
Cəfərova (+90 kiloqram) şans verəcək.
Qeyd edək ki, yarışda
Azərbaycanı hakim kimi Anar Nağdıyev təmsil edəcək.
17:15 29.07.2025
Oxunuş sayı: 929