AFFA : Azərbaycan millisinin heç bir ev oyununu Gəncədə keçirməyi planlaşdırmayıb

AFFA
Azərbaycan millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsindəki ev
oyunlarından heç birini Gəncə şəhər stadionunda keçirməyi planlaşdırmayıb.
Crossmedia.az
xəbər verir ki, daha əvvəl seçmə mərhələdə D qrupunun Fransa ilə ev matçının Gəncədə
keçiriləcəyi ilə bağlı xəbərlər tirajlansa da, əslində bunun heç bir əsası
olmayıb.
Belə
ki, milli komandanın 3 ev oyunundan heç birinin hazırda inşası davam edən Gəncə
şəhər stadionunda keçirilməsi müzakirə edilməyib.
Lakin
gələcəkdə Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmalarının Gəncədə təlim-məşq
toplanışı keçəcəyi istisna olunmur.
Qeyd
edək ki, Azərbaycan yığması yer aldığı D qrupunda İslandiyanı noyabrın 13-də
"Neftçi Arena"da, Ukrayna və Fransanı isə, uyğun olaraq, sentyabrın
9-da və noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.
17:06 29.07.2025
Oxunuş sayı: 1036