Sumqayıtda təkrar emal sexində yanğın olub

Sumqayıt şəhərində təkrar emal sexində yanğın olub.
Crossmedia.az Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 800 m² olan təkrar emal sexində plastik materiallar 200 m² sahədə yanıb. Yüksək temperaturdan metaldan ibarət dam örtüyü 50 m² sahədə deformasiyaya uğrayıb.
Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
09:20 29.07.2025
Oxunuş sayı: 1083