Bakıdan regionlara fəaliyyət göstərən müntəzəm marşrutların 30 %-i yenilənib

Bakıdan
respublikanın müxtəlif şəhər və rayonlarına fəaliyyət göstərən marşrut xətləri
üzrə indiyədək keçirilmiş müsabiqələr əsasında sərnişindaşıma fəaliyyətinə 92 ədəd
yeni və müasir avtobuslar cəlb edilib.
Crossmedia.az
xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yayıb.
Məlumata
görə, bu, avtobus parkının təxminən 30 %-nin yeni və müasir nəqliyyat vasitələri
ilə əvəz olunması deməkdir.
Bildirilib
ki, Bakı-Bərdə və Bakı-Tərtər istiqamətləri üzrə bütün müsabiqələr bitib və
keçirilmiş müsabiqələr nəticəsində mövcud avtobus parkı tamamilə (100 %) yenilənərək
müasir və komfortlu nəqliyyat vasitələri ilə əvəz olunub.
Bakı-Mingəçevir
istiqaməti üzrə keçirilmiş müsabiqələr nəticəsində mövcud avtobus parkının təxminən
45 %-i müasir və komfortlu nəqliyyat vasitələri ilə əvəz edilib.
Bakı-Gəncə
və Bakı-Zaqatala istiqamətləri üzrə keçirilmiş müsabiqələr nəticəsində mövcud
avtobus parkının təxminən 40 % yenilənməsinə nail olunub.
Keçirilmiş
müsabiqələr nəticəsində daşımalara “Neoplan”, “Man”, “King Long” və “Temsa”
markalı nəqliyyat vasitələri cəlb edilib.
Bakı
şəhərindən respublikanın müxtəlif şəhər və rayonlarına fəaliyyət göstərən reyslərin
təqribən 92 %-i onlayn bilet satışı üçün “Biletim.az” portalına inteqrasiya
olunub. Bakı şəhərindən regionlara onlayn bilet satışının həcmi 2025-ci ilin
ilk 7 ayında 26 % olub.
17:02 28.07.2025
Oxunuş sayı: 916