Cəbrayılda yol qəzası olub, dörd nəfər xəsarət alıb

Cəbrayıl
rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi
baş verib.
Crossmedia.az
Reporta istinadən xəbər verir ki, qəza zamanı Bakı şəhər sakinləri Alkərəmov
İntiqam Mətləb oğlu, Əliyev Rauf Rafayil oğlu, Mütəllimov Məhəmməd Zülfüqar
oğlu və Sumqayıt şəhər sakini Heydərov İlqar Elşən oğlu müxtəlif dərəcəli bədən
xəsarətləri alıblar.
Yaralılar
Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla
bağlı araşdırma aparılır.
16:29 28.07.2025
Oxunuş sayı: 907