DİN əməliyyat keçirib, 24 kiloqram narkotik aşkarlanıb

Daxili
İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi Bakıda əməliyyat
keçirib, 24 kiloqram narkotik aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.
Bildirilib
ki, Binəqədi rayonunda keçirilən əməliyyat zamanı narkoşəbəkəyə üzv olan iki nəfər
- 47 yaşlı Elnur Hacıyev və 29 yaşlı Əkbər Kərimov saxlanılıblar. Sonunculara məxsus
avtomobil və gizli saxlanc yerindən 24 kiloqram tərkibinə zərərli maddələr əlavə
edilmiş marixuana aşkarlanıb.
Şəxsiyyəti
istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girdiklərini etiraf
edən E.Hacıyev və Ə.Kərimov narkotik vasitələri Yardımlı və Binəqədi rayonları ərazisindən
götürüb maddi gəlir qazanmaq üçün satışını təşkil etməyi planlaşdırıblar.
Faktla
bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib. Əməliyyatlar davam etdirilir.
15:27 28.07.2025
Oxunuş sayı: 1101