Lökbatanda yanğın törədən şəxs saxlanılıb

İyulun
28-də saat 11 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qamışlıq
sahədə yanğın törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Crossmedia.az
xəbər verir ki bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov
bildirib.
Qeyd
edək ki, yanğını törədən 1996-cı il təvəllüdlü Kənan Aslanov saxlanılıb. Həmin
şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunverciviliyə uyğun tədbir
görülüb.
14:40 28.07.2025
Oxunuş sayı: 820