Bülbülə qəsəbəsində yerləşən İmam Ümmət məscidində qətl törədilib

İyulun
26-na keçən gecə paytaxtın Bülbülə qəsəbəsində yerləşən İmam Ümmət məscidində qətl
törədilib.
Crossmedia.az
xəbər verir ki hadisə iyulun 26-na keçən gecə paytaxtın Bülbülə qəsəbəsində
yerləşən İmam Ümmət məscidində qətl törədilib.
Gecə
saat 4 radələrində Nadir Səfərov (1990) (fotoda) məscidin namaz otağında
yatdığı yerdə 32 bıçaq zərbəsi ilə qətlə yetirilib.
Hadisəni
törətməkdə şübhəli bilinən Elvin Məmmədov (1996) saxlanılıb.
Qeyd
edək ki, Vətən müharibəsi iştirakçısı olan Elvinin psixoloji problemlərinin
olduğu bildirilir. Onlar arasında hadisədən əvvəl şəxsi münasibətlər zəminində
mübahisə olubmuş.
Qətlə yetirilən N.Səfərovun Bülbülədə hörmətli şəxs olduğu, xeyriyyəçi kimi tanındığı qeyd edilir.
10:51 28.07.2025
Oxunuş sayı: 1056