Ağdamda yol qəzasında 5 nəfər xəsarət alıb

Ağdamda
5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Crossmedia.az
Reporta istinadən xəbər verir ki, “Shacman” markalı yük maşınının yolsuzluq
avtomobili toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Tağıyev Niyaməddin
Tofiq oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Emin Qismət oğlu, 1975-ci il təvəllüdlü
Əsgərov Vaqif Nürəddin oğlu, 1976-cı il təvəllüdlü şükürov Yaşar Vəliyəddin
oğlu, 1981-ci il təvəllüdlü Quliyev Cəmaləddin Kərim oğlu olduğu müxtəlif dərəcəli
xəsarətlər alıblar.
Yaralılar Bərdə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
22:05 26.07.2025
Oxunuş sayı: 955