Azərbaycan basketbol millisi 1/4 finala vəsiqə qazanıb

Basketbolun
3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Dünya Seriyasının Sumqayıt
mərhələsində növbəti oyuna çıxıb.
Crossmedia.az
xəbər verir ki, yığma sonuncu qrup görüşündə Slovakiya seçməsinə 21:8 hesabı ilə
qalib gəlib və qrup lideri kimi 1/4 finala vəsiqə qazanıb. Qeyd edək ki,
millimiz 1/4 finalda Çin yığması ilə üz-üzə gələcək. Oyun iyulun 27-si saat
16:00-da start götürəcək.
21:43 26.07.2025
Oxunuş sayı: 999