Azərbaycanın millisi Dünya Seriyasının Sumqayıt mərhələsinə qələbə ilə başlayıb

Azərbaycanın
qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsinə
qələbə ilə başlayıb.
Crossmedia.az
xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda ilk qrup oyununda
Çexiya ilə qarşılaşıb. Görüş Azərbaycan millisinin 20:12 hesablı qələbəsi ilə
başa çatıb.
Qeyd
edək ki, yığma növbəti matçını bu gün Slovakiyaya qarşı keçirəcək. Oyun Bakı
vaxtı ilə saat 20:35-də başlayacaq.
19:40 26.07.2025
Oxunuş sayı: 1008