Bakı-Quba yolunda yanacaqdaşıyan maşınla minik avtomobili toqquşub, xəsarət alanlar var

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, “VAZ 2101” markalı minik avtomobili yanacaqdaşıyan yük maşını ilə toqquşub.
Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.
Qəzanın başvermə səbəbləri araşdırılır.
19:42 25.07.2025
Oxunuş sayı: 1205