Cross Media Təhlil Mərkəzinin analitiklərinin məqaləsi Yaponiyanın nüfuzlu jurnalında dərc olunub

Cross Media Təhlil Mərkəzinin analitikləri — dosent, fəlsəfə doktoru Pərviz Kazimi, dosent, fəlsəfə doktoru Ələmdar Bayramov, İngla School Baku-nun direktoru, dosent, fəlsəfə doktoru Lalə Nəsibova və “Crossmedia.az” analitik informasiya portalının baş redaktoru Mübariz Göyüşlü — tərəfindən hazırlanmış “İnformasiya mühəndisliyinin sosial sahədə tətbiqinin bəzi məsələləri” adlı məqalə Yaponiyanın nüfuzlu elmi nəşri olan “Bulletin of the Kyushu Institute of Technology – Pure and Applied Mathematics” jurnalında dərc olunub.
Crossmedia.az xəbər verir ki, tədqiqatda sosial informasiya mühəndisliyinin qlobal, regional və lokal layihələrdə tətbiqi, informasiya təsirinin həm proqressiv, həm də aqressiv məqsədlərlə yönləndirilməsi, eləcə də müasir texnologiyalarla informasiya modellərinin qurulması məsələləri geniş şəkildə təhlil olunub.
Məqalədə təqdim olunan konsepsiya süni intellekt alqoritmlərindən kənar informasiya idarəçiliyi modellərinin yaradılmasına yeni imkanlar açır və sosial sahədə innovativ yanaşmaların tətbiqinə töhfə verir.
Məqalə “informasiya mühəndisliyi”nin elmi-nəzəri istiqamətinin konkret fəaliyyət sahələrinə tətbiqi problemlərinə həsr olunub və elmi ədəbiyyatda geniş müzakirələrə səbəb olmaq məqsədi daşıyır. “İnformasiya mühəndisliyi” tədqiqatında təklif olunan 10 alt sistemdən istifadə etməklə mükəmməl informasiya modellərinin yaradılması informasiya proseslərinin idarə olunmasında yeni imkanlar yaradar və müasir “süni intellekt”in alqoritmindən kənara çıxa bilər.
Qeyd edək ki, Cross Media Təhlil Mərkəzinin analitikləri tərəfindən hazırlanan təhlillərin mütəmadi olaraq elmi platformalarda çap olunması nəzərdə tutulur.
Nəzrin Salmanova
15:03 25.07.2025
Oxunuş sayı: 11274