Azərbaycan və Gürcüstan nazirləri Qubada gənclərlə görüşüblər












Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze Azərbaycan - Gürcüstan “Gənclər həftəsi” çərçivəsində keçirilən “Azərbaycan - Gürcüstan Gənclərinin II Beynəlxalq Düşərgəsi”ndə gənclərlə görüşüblər. Görüşdə iştirakçıların iki ölkə gəncləri arasında birgə əməkdaşlıqlarla bağlı sualları və təşəbbüsləri dinlənilib, fikir mübadiləsi aparılıb.
Bu barədə Crossmedia.az-a Gənclər və İdman Nazirliyindən bildirilib ki, düşərgənin ikinci günündə “Gənclər və startaplar: ideyadan təsirə” və “Sosial medianın gənclərə təsiri” adlı sessiyalar keçirilib. Mövzular ətrafında aparılan müzakirələr zamanı iştirakçılar aktual çağırışlar və imkanlar barədə interaktiv fikir mübadiləsi aparıblar. Ardınca təşkil olunan “Gənclər axtarışda: birlik və dostluq” adlı interaktiv kvest oyununda Azərbaycan və Gürcüstan gəncləri birgə komanda işi nümayiş etdirərək əməkdaşlıq və dostluq ruhunu gücləndiriblər. Proqramın davamında Quba şəhərinə təşkil edilən tur çərçivəsində iştirakçılar bölgənin zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Görüş ərəfəsində nümayiş etdirilən bədii proqram zamanı Azərbaycan və Gürcüstan gənclərinin birgə ifaları və milli rəqsləri tədbirə xüsusi rəng qatıb.
14:28 25.07.2025
Oxunuş sayı: 962