Quba səfəri: Azərbaycan və Gürcüstan nazirləri gənclərin innovativ layihələri ilə tanış oldular









Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Gürcüstan Respublikasının təhsil, elm və gənclər naziri Givi Mikanadze Quba rayonuna səfər ediblər. Səfər çərçivəsində qonaqlar ilk olaraq Qubada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.
Bu barədə Crossmedia.az-a Gənclər və İdman Nazirliyindən bildirilib ki, nazirlər səfər çərçivəsində Quba Rayon Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə yaradılmış STEAM Mərkəzinə baxış keçiriblər. Burada qonaqlara gənclərin elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələri üzrə reallaşdırdıqları layihələr nümayiş etdirilib, yeniyetmələrin yaradıcı və tədqiqat yönümlü fəaliyyətləri barədə məlumat verilib.
Həmçinin gənclərin prototiplər üzərində işləməsi, kodlaşdırma bacarıqları, robot texnologiyalarında praktiki işləri nümayiş olunub. Daha sonra qonaqlar Quba rayonunun tarixi məkanlarını ziyarət edib, Azərbaycanın multikultural dəyərləri ilə yaxından tanış olublar.
14:03 25.07.2025
Oxunuş sayı: 926