UEFA Konfrans Liqası: “Sabah” səfərdə inamlı qələbə qazanıb

"Sabah" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldovanın "Petrokub" klubunu məğlub edib.
Crossmedia.az xəbər verir ki, Kişineudakı "Zimbru" stadionunda keçirilən görüşdə Bakı klubu 2:0 hesablı qələbə qazanıb.
"Sabah"ın heyətində Pavol Şafranko (84-cü dəqiqə) və Kahim Parris (90-cı dəqiqə) fərqlənib.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 31-də Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək. Qarşılaşma saat 20:00-da start götürəcək.
00:17 25.07.2025
Oxunuş sayı: 1371