RPİ-nin kimya elmləri doktoru Xaqani Məmmədov CPC2025 konfransında məruzə ilə çıxış edib



Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun “Radiokimya və radioprotektorlar” laboratoriyasının rəhbəri, kimya elmləri doktoru Xaqani Məmmədov xüsusi dəvətlə Çin Xalq Respublikasının Mühəndis İnformasiya İnstitutunun və Çin EA-nın birgə təşkil etdikləri Fiziki Kimya üzrə 18-21 iyul 2025-ci il tarixli 10-cu Beynəlxalq Konfransda (CPC2025) əsas plenar məruzəçilərindən biri qismində iştirak edib.
Crossmedia.az-ın məlumatına görə, məruzə edilmiş “Participation of Natural Radionuclides in Chemical Processes in Green Vegetation” (Yaşıl bitkilərdəki kimyəvi proseslərdə təbii radionuklidlərin iştirakı) adlı 45 dəqiqəlik təqdimat konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb və geniş müzakirə edilib. Təqdimat materialı konfransın əsas plenar məruzələri sırasından seçilərək avqust ayında ABŞ-da dərc edilən İmpakt Faktorlu “Journal of Materials Science and Chemical Engineering” jurnalında dərc edilmək üçün qəbul edilib.
Həmçinin, ÇXR Vuhan Texnologiya Universitetinin professoru Francis Verpoort, Fransa PSL Tədqiqat Universitetinin professoru Christophe Len, Xian Jiaotong-Liverpool Universitetinin professoru Heechae ChoiHong Kong Politexnik Universitetinin aparıcı alimi, elmlər doktoru Hongyuan ChuaiMeksika Milli Universitetinin (UNAM) professoru Vicenta Sancheslə fərdi görüşlər və müzakirələr aparılıb.
Təşkilat Komitəsi tərəfindən kollektiv şəkilçəkmə mərasimi ilə yanaşı əsas məruzəçilərə təşəkkür məktubu və iştirakçı sertifikatı təqdim edilib.
18:44 24.07.2025
Oxunuş sayı: 1409