Qanunsuz saxlanılan silah-sursat aşkar edilib

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri davam etdirirlər.
Bu barədə Crossmedia.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 1 patron darağı və 6 ədəd patron aşkar edərək götürüblər.
11:25 22.07.2025
Oxunuş sayı: 864