Deputatla müsahibə: "Xalqımızın sarsılmaz iradəsi sənətdə əbədiləşdirilməlidir" -ANONS

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Crossmedia.az-a geniş müsahibə verib.
Deputat müsahibəsində Azərbaycanın balanslı xarici siyasətindən, Azərbaycan-Rusiya münasibətlərindən, Ermənistanla sülh danışıqlarından, Qarabağın bərpası və dirçəlişi prosesindən, mədəniyyətin cəmiyyətdəki və siyasətdəki rolundan danışıb. O həmçinin televiziya və sosial mediada etik dəyərlərin pozulması, Bakıda kiril qrafikiasının qalması və mədəniyyətin sülh prosesindəki əhəmiyyətinə toxunub.
Müsahibədən əsas fikirləri təqdim edirik:
“Bu gün dünya dərin geosiyasi böhranlar, iq tisadi qeyri-müəyyənlik və təhlükəsizlik riskləri ilə üz-üzədir”.
“Qarabağın dirçəldilməsi Azərbaycanın ədalətli mövqeyinin və qətiyyətli siyasətinin təntənəsidir”.
“Mədəniyyət sadəcə incəsənət deyil – bu, bir millətin ruhudur”.
“Sülh prosesi yalnız kağız üzərində deyil, insan ürəyində baş verəndə davamlı olur”.
"Qarabağın dağıdılmış şəhər və kəndləri, qəhrəmanlıq tariximiz, şəhidlərimizin xatirəsi və xalqımızın sarsılmaz iradəsi sənətdə əbədiləşdirilməlidir".
Müsahibə yaxın günlərdə saytda yayımlanacaq.
Fatimə Məmmədova
15:01 21.07.2025
Oxunuş sayı: 1276