"Ölkə.Az" xəbər agentliyi – 11 ildir informasiya cəbhəsində!

Bu gün ölkənin aparıcı xəbər portallarından biri olan "Ölkə.Az" xəbər agentliyinin fəaliyyətə başlamasından 11 il ötür. 2014-cü ilin 15 iyul tarixində informasiya məkanına daxil olan bu media qurumu qısa müddətdə cəmiyyətin etibarını qazanaraq, müstəqil informasiya siyasəti həyata keçirən etibarlı platformaya çevrilib. "Ölkə.Az" bu illər ərzində Azərbaycan ictimaiyyətinə siyasi, sosial, iqtisadi, mədəni və elmi sahələrdə baş verən yenilikləri operativ və obyektiv şəkildə çatdırmaqla yanaşı, dünyada baş verən mühüm hadisələrə də geniş yer ayırıb. Saytda yayımlanan müsahibələr, təhlillər, reportajlar və müəllif yazıları həm informasiya zənginliyi, həm də analitik baxış bucağı ilə seçilir.
Redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucuların da iştirakı sayəsində sayt hər zaman hadisələrin mərkəzində olub. Oxucular redaksiyanın əlaqə vasitələri ilə cəmiyyətin müxtəlif sahələrində baş verən proseslər barədə məlumat verərək xəbərlərin operativ yayımına töhfə veriblər.
Bu gün "Ölkə.Az" təkcə xəbər portalı deyil, həm də ölkədə və dünyada baş verən hadisələrə aydınlıq gətirən, informasiya axınının etibarlı ünvanı kimi tanınır.
Crossmedia.az Analitik İnformasiya Portalı olaraq “Ölkə.az” saytını təbrik edir, uğurlar arzulayırıq.
13:00 15.07.2025
Oxunuş sayı: 874