Abşeron rayonunda yanğın başlayıb

Abşeron rayonunda yanğın başlayıb.
Crossmedia.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Qobu qəsəbəsində təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
10:51 14.07.2025
Oxunuş sayı: 581