Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

İyulun 12-də gecə saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1970-ci il təvəllüdlü Arif Bağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Crossmedia.az-a Prokurorluqdan verilən məlumata görə, araşdırma zamanı 1998-ci il təvəllüdlü Nurulla Mərdanovun Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində aralarında yaranmış mübahisə zamanı qayınatası Arif Bağıyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nurulla Mərdanov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
15:42 12.07.2025
Oxunuş sayı: 664