İlin birinci yarısında dəmir yolu ilə yük və sərnişin daşımalarının həcmi açıqlanıb

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin yanvar-iyun aylarında 8,5 milyon ton yük, 4,648 milyon sərnişin daşınıb.
Bu barədə Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə, yük daşınmasında 9,3 faiz azalma, sərnişin daşınmasında isə 20,7 faiz artım müşahidə olunub.
Qeyd edək ki, hesabat dövründə ölkədə yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8 faiz və 5,3 faiz artıb.
Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 116,4 milyon ton yük daşınıb. Yüklərin 4 faizi dəniz, 7,3 faizi dəmir yolu, 0,2 faizi hava, 60,1 faizi avtomobil nəqliyyatı, 28,4 faizi isə boru kəməri ilə daşınıb.
21:25 11.07.2025
Oxunuş sayı: 831