Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlunun həbs müddəti uzadılıb

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanovun həbs müddəti uzadılıb.
Crossmedia.az xəbər verir ki , bu barədə vəkil Bəxtiyar Hacıyev məlumat verib.
Bununla bağlı Səbail rayon Məhkəməsində təqdimata baxılıb.
Məhkəmə həbs müddətinin 4 ay uzadılması barədə qərar verib.
Qeyd edək ki, Əbülfəz Səricanov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.
12:45 11.07.2025
Oxunuş sayı: 968