Azərbaycanın 4 parataekvondoçusu Cənubi Koreyadakı turnirdə çıxış edəcək

İyulun 11-də Cənubi Koreyanın Çxunxcon şəhərində parataekvondo üzrə Çxunçxon Açıq Çelenc turniri keçiriləcək.
Crossmedia.az Milli Paralimpiya Komitəsinə istinadən məlumat verir ki , Azərbaycanı yarışda K44 kateqoriyasında Sabir Zeynalov (58 kiloqram), Amin Şıxalıyev (63 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram) və Orxan Cəfərov (80 kiloqram) təmsil edəcəklər.
Turnir “Los-Anceles-2028” Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
18:29 10.07.2025
Oxunuş sayı: 754