Ağdərədə minaya düşən kişinin vəziyyəti ağırdır

Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.
Sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin edilən şəxs üzərində cərrahi əməliyyat icra olunacaq. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
09:37
Ağdərədə 46 yaşlı kişi minaya düşüb.
Crossmedia.az xəbər verir ki, Şıxarx sakini 1979-cu il təvəllüdlü Qulu Tufan oğlu Quliyev rayonun Həsənqaya adlı ərazisində mal-qara otara zaman minaya düşüb.
Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
10:35 10.07.2025
Oxunuş sayı: 881