Nizami rayonunda oğurluq edən şəxs saxlanılıb

Paytaxtın Nizami rayonunda bir nəfərin içərisində 1500 manat və sənədlər olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub.
Crossmedia.az xəbər verir ki, Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı K.Abbasov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
15:00 09.07.2025
Oxunuş sayı: 726