BDYPİ moped və skuter sürücülərinə müraciət edib



Baş Dövlət Yol Polisi (BDYPİ) küçə və prospektlərdə moped, motosiklet, velosiped, eləcə də skuter və digər kiçik elektrik nəqliyyat vasitələrindən istifadə edən sürücülərə müraciət edib.
Bu barədə Crossmedia.az-a BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, bu nəqliyyat vasitələrinin sürücüləri arasında yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşanlar da az deyil. Məlumata görə, həm sürücülərin özləri, həm də digər yol hərəkət iştirakçıları ciddi təhlükə ilə üzləşir.
BDYPİ bü növ nəqliyyat vasitələrinin sürücülərinə aşağıdakı vacib məsələləri bir daha xatırladır:
- Moped, motosiklet, velosiped, eləcə də skuter və digər kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri yol hərəkəti iştirakçısı olduqlarını yaddan çıxarmamalı, digər avtonəqliyyat vasitələrinin sürücüləri kimi bütün qaydalara qeyd-şərtsiz əməl etməlidirlər. Svetoforun qadağanedici işığında hərəkət etmək, yolun əks istiqamətinə çıxmaq, piyadalara təhlükə yaratmaq yolverilməzdir.
11:33 08.07.2025
Oxunuş sayı: 1155