“Ermənistan hakimiyyəti hər vəchlə sülh sazişini parlament seçkilərindən sonrakı müddətə çəkmək istəyir” - Deputat

Azərbaycan ilə Ermənistan arasında uzun illər davam edən münaqişədən sonra sülhə doğru atılan addımlar yeni mərhələyə qədəm qoyur. Bu çərçivədə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün hazırlanmış sülh sazişi layihəsinin mətni üzrə aparılan müzakirələrin başa çatması əlamətdar hadisədir. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Meksikaya işgüzar səfəri zamanı bu prosesin əhəmiyyətindən, qarşıda duran çətinliklərdənd və regionda dayanıqlı sülhə nail olmaq üçün mövcud imkanlardan geniş şəkildə danışıb.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Elşad Musayev Crossmedia.az-a açıqlama verib: “Ermənistanla 44 günlük müharibədən sonra uzun müddət danışıqlar aparıldı, vasitəçilər prosesin içində oldu. Lakin bizim istəyimiz ondan ibarət idi ki, bu məsələni vasitəçilərsiz həll edək. Çünki hər vasitəçi öz maraqlarından çıxış edir, müxtəlif mövqe ortaya qoyurdu. Ondan sonra Azərbaycan beynəlxalq hüquqa əsaslanan 5 prinsip əsasında təkliflər verdi və fəal təzyiq mexanizmini işə saldı. Baxmayaraq ki, Ermənistanın arxasındakı güclər hər vəchlə Azərbaycana mane olmağa çalışıblar. Verilən son məlumat budur ki, sülh müqaviləsi üçün layihə razılaşdırılıb. Sülhə mane olan əsas 2 bəndlə bağlı narazılıq var idi. Lakin ermənilər bu bəndləri də yerinə yetirməyə hazır olduğunu bildirib. Mən dəfələrlə demişəm ki, Ermənistan hakimiyyəti bütün vəchlə bu prosesi Ermənistandakı parlament seçkilərindən sonrakı müddətə çəkmək istəyir. Ölkənin daxilində də müəyyən gərginliklər yaradılır. Qeyd etməliyik ki, sülhə kənar müdaxilərlərdə mane olur. Erməni müxalifəti və kilsəsi xarici qüvvələr tərəfindən təsir altına alınaraq qarışdırıldı. Ermənistan hakimiyyəti real olaraq bu vəziyyətdən kənara getməyəcək. Lakin yaxın zamanda da sülh imzalanmasını gözləmirik. Gözləmək də sadəlövhlük olardı”.
Ayhan
13:03 07.07.2025
Oxunuş sayı: 8163