Rusiyanın hava limanlarında Azərbaycan vətəndaşlarına əlavə yoxlamalar tətbiq olunur

Rusiyanın hava limanlarında Azərbaycan vətəndaşlarının əlavə yoxlamalara və sual-sorğulara məruz qaldığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə mediada və sosial şəbəkələrdə məlumatlar yayılmaqdadır. Məlumata görə, pasport nəzarətindən keçid zamanı azərbaycanlılara ukraynalı tanışları, Suriyaya gedən şəxslərlə mümkün əlaqələri və ekstremizmə bağlılıqları barədə suallar verilir. Şahidlər bildirirlər ki, bəzi sərnişinlər zonanı tərk etməzdən öncə uzun müddət saxlanılaraq suallar cavablandırmağa məcbur edilirlər.
Rəsmi qurumlardan məsələ ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Nigar Rəhimova
12:00 07.07.2025
Oxunuş sayı: 801