Bakı və Kabil "Lazurit" nəqliyyat dəhlizinin inkişafını müzakirə edib

Əfqanıstanın iqtisadi məsələlər üzrə baş nazirinin müavini Əbdül Qani Beradarafan Azərbaycan Baş naziri Əli Əsadovla iyulun 2-də keçirdiyi görüşdə "Lazurit" nəqliyyat dəhlizinin inkişafını müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Əfqanıstanın iqtisadiyyat nazirinin müavini “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumatda qeyd olunub ki, Azərbaycan hökumətinin başçısı Əfqanıstanla ixrac və idxal həcmlərini artırmağa hazır olduğunu bildirib.
"Lazurit" dəhlizi Əfqanıstanın xarici ticarəti üçün ən perspektivli alternativ marşrut hesab olunur. Bu marşrut boyunca yerləşən ölkələr əsas əfqan malları - ilk növbədə qurudulmuş meyvələr, dərman bitkiləri və faydalı qazıntılar üçün tutumlu satış bazarlarını təmsil edir", - paylaşımda vurğulanıb.
Öz növbəsində, "Alemarah" informasiya portalı bildirir ki, Əfqanıstandan olan nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci sammitində iştirak etmək üçün Azərbaycana gəlib.
10:03 03.07.2025
Oxunuş sayı: 644