Bu ərazilərdə işıq olmayacaq

Lənkəran Elektrik Şəbəkəsinin ərazisində 10 kV-luq "Babək" hava xəttində bu gün təmir işləri aparılacaq. Bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək rayonun Siyablı, saat 14:00-dan saat 16:00-dək Mollakənd, Narbağı, Rvo, Şovu, Təngivan kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
06:59 03.07.2025
Oxunuş sayı: 632