Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu saxlanılıb

“Azərbaycan-Ural” təşkilatının rəhbəri Şahin Şıxlinski Rusiyanın Yekaterinburq şəhərində “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında saxlanılıb.
Crossmedia.az "66.RU" teleqram kanalına istinadən xəbər verir ki, onun oğlu Mutvali saxlanılması ilə bağlı məlumatı təsdiqləyib.
"Ticarət mərkəzinin yaxınlığında çoxlu təhlükəsizlik qüvvələri var idi", - o, deyib.
Məlumata görə, Mutvali də əvvəlcə saxlanılıb, sonra azadlığa buraxılıb.
20:55 01.07.2025
Oxunuş sayı: 939