Rusiya Azərbaycan üçün TƏHLÜKƏ YARADA BİLMƏZ

Son günlər Rusiyanın Azərbaycana qarşı qərəzli mövqeləri artıb. Rusiyada soydaşlarımızın döyülərək öldürülməsi, bir çox sahibkarların iş yerlərində zülmə məruz qalmaları gündəmi zəbt edib.
Crossmedia.az Ajans.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı Cross Media Təhlil Mərkəzinin analitiki, Crossmedia.az Analitik İnformasiya Portalının Baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü açıqlama verib.
O bildirib ki, bu durumun yaranması Rusiyanın müəyyən qruplarının yanlış siyasətidir. Onlar yanlış siyasət ilə Azərbaycanı itirə bilərlər və Cənubi Qafqaz siyasətlərinə ciddi zərbə dəyə bilər. Çünki Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir.
Mübariz Göyüşlünün sözlərinə görə ölkəmiz həmişə qonşuluq siyasətinə diqqətli yanaşma göstərib. Lakin qonşularımızdan eyni münasibəti görə bilmirik. Ölkə olaraq da, buna etirazımızı bildiririk.
“Rusiyanın qərəzli mövqeyi bizim üçün heç bir təhlükə yarada bilməz. Azərbaycan Afrikanın banan ölkəsi deyil ki , kimsə gəlib öz maraqlarını burada diqtə etsin”.-deyə, ekspert söyləyib.
10:44 01.07.2025
Oxunuş sayı: 678