Qeyri-iş günlərində 39,5 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 28-də və 29-da ümumi çəkisi 39,5 kiloqramdan artıq narkotik vasitə götürülüb.
DİN-in Mətbuat Xidmətindən Crossmedia.az-a verilən məlumata görə, və kultivasiya yolu ilə yetişdirilmiş 20 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 10,5 tondan artıq çəkidə 26023 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
10:50 30.06.2025
Oxunuş sayı: 797