Karateçilərimiz Xorvatiyada bürünc medal qazanıblar

Azərbaycan karateçiləri Xorvatiyanın Poreç şəhərində keçirilən "Karate1 Youth League və Parakarate Cup" turnirlərində uğurla çıxış ediblər.
Crossmedia.az xəbər verir ki, Gülay Orucova (59 kq) 16-17 yaş qrupunda olan idmançıların mübarizəsində, parakarate yığma komandasının üzvü Aslan Ərcan isə K21 kateqoriyasında bürünc medal qazanıblar.
Qeyd edək ki, hər iki karateçinin şəxsi məşqçisi Sənan Cəfərovdur.
21:10 29.06.2025
Oxunuş sayı: 2219