Azərbaycanda tanınmış təhsil eksperti vəfat edib

Tanınmış təhsil eksperti Nadir İsrafilov 73 yaşında vəfat edib.
Mərhumun yaxınları Crossmedia.az-a məlumatı təsdiqləyiblər.
O, üç gün öncə Avropa Beynəlxalq Hospitalında reanimasiyaya yerləşdirilmişdi.
Qeyd edək ki, N.İsrafilov 1952-ci il aprelin 21-də dünyaya gəlib. O, mətbuatda fəal çıxış edirdi.
Kənan Novruzov
17:30 28.06.2025
Oxunuş sayı: 972