Azərbaycan nümayəndə heyəti Çin Media Qrupunda və Çin Kommunikasiya Universitetində olub





Çin Xalq Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti iyunun 26-da Çin Media Qrupunda və Çin Kommunikasiya Universitetində olub.
Crossmedia.az xəbər verir ki, Çin Media Qrupunda keçirilən görüş zamanı informasiya siyasəti, rəqəmsal transformasiya, çoxdilli yayım imkanları və müasir texnoloji yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər media sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, məzmun mübadiləsinin genişləndirilməsi və texnoloji innovasiyaların öyrənilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Nümayəndə heyətinin Çin Kommunikasiya Universitetinin rəhbərliyi ilə görüşündə isə media təhsili sahəsində əməkdaşlığın perspektivləri, peşəkar kadr hazırlığı, təcrübə imkanlarının genişləndirilməsi və birgə akademik təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə edilib. Eyni zamanda, gələcəkdə ortaq layihələrin və platformaların yaradılması imkanlarına diqqət yetirilib.
Qeyd edək ki, nümayəndə heyətinə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev və “AnewZ” telekanalının İcraçı direktoru Rüfət Həmzəyev daxildir.
16:47 26.06.2025
Oxunuş sayı: 1003