"Ukraynanın vəziyyəti acınacaqlıdır" - POLİTOLOQ

Britaniyanın “Teleqraf” qəzeti məlumat yayıb ki, Niderlandda keçirilən NATO sammitində Kiyevə verilən dəstək bəyanatları Ukraynanın və onun Prezidenti Volodimir Zelenskinin çətin vəziyyətini yaxşılaşdırmayacaq.
Məqalədə deyilir ki, adi dəstək bəyanatlarına baxmayaraq, çətin vəziyyətdə olan Zelenski və Ukrayna üçün heç bir yardım gözlənilmir.
Qəzet qeyd edir ki, yekun kommünikedə Ukrayna münaqişəsi pislənmir və bu, Şimali Atlantika Alyansı ölkələrinin mövqeyinin dəyişməsindən xəbər verir. Belə bir vəziyyətdə Kiyev NATO-ya daxil olacağını gözləməməlidir.
Nəşrin iddiası barədə Crossmedia.az-a danışan politoloq Əhəd Məmmədlinin sözlərinə görə, 2025-ci il fevral ayından başlayaraq Rusiya-Ukrayna təcavüzünə baxılsa son üç ayda Rusiyanın cəbhədə ən çox irəlilədiyi vaxt 2025-ci ilin may ayıdır: "Gün ərzində Rusiya 15 km irəliliyir və Sumı vilayətinin mərkəzinə çatmaqdadır. Əgər Sumı şəhəri işğal edilsə Rusiya bu müharibədə ilk dəfə şəhər mərkəzini tutacaq. İndiyə qədər Ukraynanın heç bir şəhər mərkəzini tuta bilməyib".
Politoloq Ukraynanın cəbhədəki vəziyyətinin, həqiqətən də, çətin olduğunu qeyd edib: "Görüşlər, yalan vədlər, əl çalmalar var idisə, artıq Zelenskini təmtəraqla qarşılayan da yoxdu. Ukraynaya əvvəlki kimi heç kim sözdə belə artıq yardım , dəstək vermək ifadələri işlədilmir. Ukrayna vəziyyətinin düzəlməsi üçün gərək ABŞ ciddi dəstək verməlidir. Avropanı əvvəlki səviyyəyə çatdırmaq üçün də vaxt lazımdır. O zamana qədər isə Rusiya Ukraynada irəliləməyə davam etsə yeni əraziləri işğal edər və vəziyyət daha da çətinləşər. Ukraynanım vəziyyəti bir sözlə demək olar ki, acınacaqlıdır. Əgər Kiyevə real ciddi dəstək Ukraynaya verilməsə daha da acınacaqlı ola bilər. Bu dəstəyi də ancaq ABŞ verə bilər".
Fatimə Məmmədova
15:34 26.06.2025
Oxunuş sayı: 1072