Heydərovdan iddialı dönüş: “Sözlə yox, əməllə danışacağam”

Tatamiyə 11 aydan sonra qayıtdım. Bu, sadəcə dönüş deyil, yola davamdır.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov instaqram sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Məqsədim aydındır: yenə zirvəyə qalxmaq. Uduzmaq da bu yolun bir hissəsidir. Amma unutmayın: mən burdayam və qələbə yenə gələcək. Sözlə yox, əməllə danışacağam”, - Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi qeyd edib.
Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 73 kq çəki dərəcəsində yarışan Hidayət Heydərov 1/16 final mərhələsində Portuqaliyanı təmsil edən gürcüstanlı Otari Kvantidzeyə uduzub.
20:33 16.06.2025
Oxunuş sayı: 844